Bakıda həftəsonları bağlı olacaq küçələrin TAM SİYAHISI - XƏRİTƏ
Bizi izləyin

Nəqliyyat

Bakıda həftəsonları bağlı olacaq küçələrin TAM SİYAHISI - XƏRİTƏ

Xəbər verdiyimiz kimi, 17 mart tarixindən başlayaraq Bakının bəzi küçələri bazar günlərində avtomobillərin girişi üçün bağlanacaq.

Publika.az-ın əldə etdiyi məlumata görə, AYNA-nın yaydığı məlumatda qadağaların həftəsonu tətbiq ediləcəyi bildirilsə də, məhdudiyyətlər yalnız həftənin bazar günləri qüvvədə olacaq.
Bazar günləri avtomobillərin girişinə bağlanacaq küçələrin tam siyahısını təqdim edirik:

• Tərlan Əliyarbəyov küçəsi (Tam)
• Zərifə Əliyeva küçəsinin bir hissəsi (Rəsul Rza Küçəsindən Məmməd Əmin Rəsulzadə küçəsinədək olan hissə)
• Əbdülkərim Əlizadə küçəsi (Tam)
• Hacı Zeynalabdin Tağıyev küçəsi (Tam)
• Polşa memarları küçəsi (Tam)
• Yusif Məmmədəliyev küçəsi (Tam)

Qeyd edək ki, daha əvvəl Xəqani bağının ətrafındakı küçələrdə (Rəsul Rza, Xəqani və Qoqol küçələrinin bir hissəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm