Bu yollarda yeni nişanlar quraşdırıldı
Bizi izləyin

Nəqliyyat

Bu yollarda yeni nişanlar quraşdırıldı

Şərur rayonunda və ətraf kənd avtomobil yollarında yeni yol nişanları quraşdırılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Şərur rayonu və rayonun Ələkli, Xanlıqlar, Vərməziyar, İbadulla, Yengicə, Dəmirçi kəndlərinin yollarında yeni yol nişanları quraşdırılıb.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, quraşdırılan yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm