Nəqliyyat
İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub
Bu il yanvarın 1-dən oktyabrın 15-dək sərnişin qatarlarında 800-dən çox əşya unudulub. Bu, orta hesabla ayda 80-90 əşyanın qatarlarda sahibləri tərəfindən unudulması deməkdir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a bildirilib ki, sərnişinlərin qatarlarda ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, mobil telefonlar və adapterlər, sənədlər, bank kartları, eləcə də yemək qablarıdır. Ən çox unudulmuş əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında qeydə alınıb.
Unudulan əşyaların 250-yə yaxını, yəni təxminən 30 faizi dəmir yolu əməkdaşları tərəfindən sahiblərinə qaytarılıb. Digər əşyalar isə hələ də sahiblərini gözləyir.
Sərnişinlərə qatardan düşərkən şəxsi əşyalarını yoxlamaq və heç nəyi unutmadıqlarına əmin olmaq tövsiyə olunur.
Qatarda və ya vağzal ərazisində əşyasını unudan sərnişinlər vağzal növbətçisinə, yaxud 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
