Nəqliyyat
Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyənləşdiriləcək.
Publika.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyi" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas hədəf yol-nəqliyyat hadisələrinin azaldılması, sığorta risklərinin aşağı salınması, sığorta haqlarının və tariflərinin tənzimlənməsi, həmçinin sürücülər və sığorta şirkətləri üçün xidmət və əməkdaşlıq qaydalarının genişləndirilməsidir.
X.Camalova qeyd edib ki, buraya 2026-cı ildə hazırlanmış yol-nəqliyyat hadisələri üzrə risk xəritəsinin yaradılması layihəsi daxildir: "Layihə çərçivəsində qəzaların daha çox baş verdiyi ərazilərin müəyyənləşdirilməsi, məlumatların coğrafi əsasda xəritələşdirilməsi və risklərin yaranma səbəblərinin təhlili nəzərdə tutulur. Əldə olunan məlumatlar əsasında sığortaçılar, Daxili İşlər Nazirliyi, vergi orqanları və digər aidiyyəti qurumlarla birlikdə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində addımların atılması planlaşdırılır".
Departament rəhbəri bildirib ki, layihənin əsas məqsədi sığorta məlumatlarından yalnız baş vermiş hadisələrin tənzimlənməsi üçün deyil, həm də gələcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə etməkdir. (Report)
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
















.jpg)




















.jpg)
.jpg)