Nəqliyyat
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Baş Dövlət Yol Polisi İdarəsi ölümlə nəticələnin yol qəzaları ilə bağlı sürücülərə çağırış edib.
İdarədən Publika.az-a verilən xəbərə görə, son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur.
"Bir gün ərzində moped və velosiped idarə edən iki gəncin faciəli şəkildə həyatını itirməsi deyilənləri əyani ifadə edir.
Belə ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməyə təşəbbüs göstərməsi, sonda faciə ilə nəticələnib.
Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.
Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələri ilə bağlı risklərin aradan qaldırılmasının qadağalardan daha çox yol hərəkəti qaydalarına riayət edilməsi və şəxsi məsuliyyət hissinin artırılması ilə mümkün olduğunu bildirir və bütün tərəfləri təhlükəsiz yol mühitinin formalaşmasına töhfə verməyə çağırır!" - deyə məlumatda qeyd olunub.
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil

































.jpg)
.jpg)
