Nida.az
Proqnozlar doğrulur: İran TAP və TANAP-a marağını bəyan etdi
Transadriatik (TAP) və Transanadolu (TANAP) kimi iri layihələrə qoşulmaq İran üçün cəlbedicidir.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin brifinqdə deyib.
Onun sözlərinə görə, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və müxtəlif qaz layihələrinə qoşulmaqda maraqlıdır: "TAP və TANAP-a qoşulmaq İran üçün olduqca maraqlıdır. Bu məsələyə hazırda İranın Neft Nazirliyində və Milli Neft Şirkətində baxılır. Həmçinin SOCAR şirkəti ilə danışıqlar aparırıq. Boru kəmərlərindən birinin 2018-ci ildə istismara veriləcəyini nəzərə alsaq, yekun qərar qəbul etmək üçün kifayət qədər vaxt var".
Səfir qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz sahəsində birgə layihələrin müzakirəsi aparılır: "Konkret layihələri vaxtı gələndə elan edəcəyik".
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...