Nida.az
Azərbaycanlı deputat Avronest PA-ya etiraz etdi
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə və Büro üzvlərinə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, millət vəkili məktubunda bildirib Avronest PA-ya etirazını bildirib.
“Katibliyin bu günlərdə göndərdiyi məktubda iki komitə üzrə
məruzənin AP komponenti katibliyi, digər iki komitə üzrə isə ŞT
komponentinin katıbliyi tərəfindən hazırlanması təklif edilir.
Katibliyin məktubunda “ədalətli” bölüşdürülmə təklif edilsə də, AP
komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni götürdüyü
bildirilir. Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər
iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə ŞT ölkələri
bərabər hüquqlu tərəflərdirlər. Hesab edirik ki, AP katibliyinin
Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını öz üzərinə
götürməsi AP-nin ŞT ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi
qiymətləndirilməlidir. Biz dəfələrlə belə təzyiqlərin və
ayrı-seçkiliyin şahidi olmuşuq. Misal üçün, AP-nin seçkiləri
müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda prezident
seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə
baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə
2015-ci ildə seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb.
Bununla yanaşı, AP deputatlarına da müstəqil şəkildə Azərbaycanda
seçkiləri müşahidə etməyə qadağa qoyulub.
Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi
Komitənin məruzəsinin ilkin variantının AP komponenti katibliyinin
hazırlamasına qəti etiraz edir və bu etiraz nəzərə alınmayacağı
təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən Assambleyada
həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir”, - deyə
millət vəkili qeyd edib.
Asif
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO