Nida.az
Kremldən post-sovet ölkələrinə qarşı sərt addım
Rusiya miqrantlara qarşı addımlarını daha da sərtləşdirəcək.
Publika.az “Kommersant” qəzetinə istinadən xəbər
verir ki, Moskva meri Sergey Sobyanin dünən qeyri-leqal miqrantlara
nəzarətin sərtləşdirilməsi haqda göstəriş verib. Məlumata görə,
Moskvada 2 milyondan artıq qeyri-leqal miqrant yaşayır.
Rusiya hökuməti miqrantlardan yaşamaq və işləmək üçün Miqrasiya
Xidmətindən patent almasını tələb edir. Lakin ekspertlər
miqrantların bu prosedurdan qorxduğunu qeyd edirlər. Çünki patent
almaq üçün mürəkkəb sənədlər toplusu hazırlamalı və bir neçə dəfə
miqrasiya xidmətinə baş çəkməlidir.
Qeyd edək ki, 2015-ci ilin yanvarından etibarən viza rejiminin
tətbiq edilmədiyi ölkələrdən Rusiyaya gələn miqrantlar yeni patent
sisteminə uyğun fəaliyyətlərini qanuniləşdirməlidirlər.
Moskva meri bu ilin başlanğıcından indiyə qədər 297 min miqranta
patent sənədi verildiyini, bununla da gəlirlərin 4,7 milyard rubla
qədər artdığını bildirib. Onun sözlərinə görə, miqrantların bir
çoxu əllərindəki köhnə patent sənədlərinə görə yeni sistemdən
keçməkdən imtina edirlər.
“Buna görə də mübarizənin sərtləşdirilməsinin vaxtı çatıb”, - deyə
Moskva meri bildirib.
Rusiya Federasiyası Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci
ilin avqust ayında Rusiyada 10,9 milyon xarici vətəndaş qeydə
alınıb. Onlar əsasən Ukrayna (2,6 milyon), Özbəkistan (2,1 milyon)
Tacikistan (1 milyon), Qazaxıstan və Belarusdan olanlardır. Moskva
və Moskva ətrafı yerlərdə məskunlaşanlara isə azərbaycanlılar və
moldovalılar rəhbərlik edirlər.
Ekspertlər isə çıxış yolu kimi patentləşdirmə mərkəzlərinin paytaxt
ətrafı yerlərdə də açılmasını göstərirlər. Çünki paytaxta uzaq olan
miqrantlar bu çətin prosedur üçün uzun yolu gəlməkdən imtina
edirlər.
Asif Nərimanlı
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO