Nida.az
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri daha əhatəli olacaq
İran ilə Azərbaycanın münasibətlərinin daha da yaxınlaşacağına və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə inanıram.
Publika.az AzərTaca istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin avqustun 16-da ölkəsinin “Aran” radiosuna verdiyi müsahibəsində deyib. Səfir bildirib ki, hər iki ölkənin rəhbərləri əlaqələrin genişləndirilməsi üçün siyasi iradə göstəriblər. Ötən dövr ərzində dövlət rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin yaxınlığından xəbər verir. Bu səfərlər zamanı müxtəlif sahələr üzrə əlaqələrin qurulması və perspektivdə həyata keçiriləcək birgə layihələrin icrası məsələləri müzakirə edilir. Artıq ticarət, gömrük, mədəni əlaqələr inkişaf etməkdədir. Əlaqələrin inkişafı xalqların maraqlarını ifadə edir.
Diplomat vurğulayıb ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra İran-Azərbaycan münasibətlərində yeni mərhələ açılacaq. Bu günədək Azərbaycan İranla normal münasibətlərini qoruyub saxlayıb. Sanksiyaların ləğvindən sonra isə daha geniş əhatəli əməkdaşlıq əlaqələri qurulacaqdır.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ