Nida.az
Kəmaləddin Heydərov Türkiyə səfirini qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyətini başa vurmuş keçmiş hərbi attaşesi, general-leytenant Hasan Nevzat Taşdelerin iki qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfəni xüsusi olaraq vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir İsmayıl Alper Coşkun Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki yeni hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.
Fövqəladə hallar naziri bildirib ki, qardaş Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da gücləndirilməsi üçün geniş perspektivlər mövcuddur.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Anar Tağıyev
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO