Nida.az
"Radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək var" - Dövlət Komitəsi
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad
İskəndərov bu gün Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət
evində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan
30-dan çox vətəndaşı qəbul edib.
DQİDK-nın mətbut xidmətindən verilən məlumata görə, Dövlət
Komitəsinin sədri vətəndaşları narahat edən problemlərlə tanış
olub.
Qeyd edək ki, vətandaşlar əsasən dini icmaların dövlət
qeydiyyatına alınması, dini ibadət yerlərinin təmiri və yenilərinin
tikilməsi, məscidlərin dini ədəbiyyatla təmin edilməsi və bir sıra
digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Bir sıra məsələr
yerindəcə həllini tapıb.
Eyni zamanda bütün müraciətlər əsasında Dövlət Komitəsinin Şimal
bölgəsi üzrə şöbəsinə və qəbulda iştirak edən struktur rəhbərlərinə
aidiyyatı tapşırıqlar verilib.
Belə ki, dini icmaların qeydiyyata alınması ilə bağlı lazım olan
sənədlərin toplanmasında və təqdim edilməsində Dövlət Komitəsinin
müvafiq şöbəsi vətəndaşlara dəstək verəcək.
Eyni zamanda ibadət evlərinin təmiri və bərpası, o cümlədən
yenilərinin tikilməsi istiqamətində də aidiyyatı qurumlara Dövlət
komitəsi tərəfindən müraciətlər ediləcəkdir. Regionda dini
ədəbiyyat azlıq təşkil edən ibdət evlərinə Dövlət Komitəsinin
kitabxanasından ədəbiyyatlar göndəriləcəkdir.
Qəbuldan sonra jurnalistlərin suallarına cavab verən E. İskəndərov
bildirib ki, vətəndaşları narahat edən əsas məsələlərdən biri də
radikalizm və təkfirçi cərəyanlardır: “Bu istiqamətdə
tədbirlərimizi davam etdiririk. Əlbəttə, vətəndaş övladının bu cür
cərəyanlara qoşula biləcəyindən narahatdır. Lakin Dövlət Komitəsi
olaraq istər maarifləndirici, istərsə də digər qurumlarla birlikdə
həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək. Bu cür
cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər
daxil olurdu. Artıq yerli əhalinin istəyi və Dövlət Komitəsinin
dəstəyi ilə adıçəkilən qrupların toplaşdığı iki məsciddə icmaların
tərkibi dəyişib, məscidə yeni savadlı imamlar təyin edilib və
məscidin idarəçiliyi ənənəvi yerli dindarların ixtiyarındadır.
Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə problemlər olan digər
məscidlərdə də analoji addımlar atılacaqdır. Eyni zamanda
vətəndaşlar bu cür məsələləri qaldırmaqla yanaşı Dövlət Komitəsi
tərəfindən radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək
nümayiş edirdilər”.
13.39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov hazırda Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirir. DQİDK-nin məlumatına görə, qəbul Heydər Əliyev adına Mədəniyyət evində keçirilir. Qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri də iştirak edirlər.
Yerli mənbələrdən Publika.Az -a verilən məlumata görə, Xaçmaz rayonundakı vəhhabilər də komitə sədrinin qəbulunda olmaq istəyirlər: “Hazırda digər dini icmalarla yanaşı vəhhabilər də Mədəniyyət evinin qarşısındadır. Təxminən 5-6 nəfərdilər. Onlar qrup halında qəbula girmək istəyirlər”.
Mənbə bildirib ki, vəhhabilər komitə sədrinin qəbulunda məscid
məsələsini qaldıracaqlar.
“Xaçmaz şəhər mərkəzi məscidi təmirə bağlanıb. Ordakı vəhhabiləri
Qobuqıraqlı məscidinə göndəriblər. Amma həmin məscidin də
istifadəyə yararsız olduğu deyilir. Vəhhabilər narahatdırlar ki,
mərkəzi məscid təmir olunandan sonra onları ora buraxmasınlar. Eyni
zamanda, onlar Qobuqıraqlı məscidini öz hesablarına təmir etdirmək
istəyirlər. Bu məsələni şəhər icra hakimiyyətinin başçısı
qarşısında da qaldırmışdılar. Hazırda bu məsələ açıq qalır. Onlar
komitə sədrindən bununla bağlı kömək istəyəcəklər”-deyə mənbə qeyd
edib.
Mənbə əlavə edib ki, vəhhabilər DQİDK sədrindən yeni məscid tikmək üçün də icazə istəmək fikrindədirlər.
Qeyd edək ki, Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev
məscidin damının təmirə ehtiyacı olduğunu deyib
(http://publika.az/p/10262).
Həmçinin o, bildirib ki, vəhhabilər ondan məscid tikmək üçün icazə
istəyirlər, amma onun belə səlahiyyəti yoxdur.
Asif
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO