Nida.az
Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 31-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini
qəbul edib.
Səfir Yuris Maklakovs fəxri qarovul dəstəsinin qarşısından
keçdi. Yuris Maklakovs etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin uğurla inkişaf etdiyini bildirərək müxtəlif
səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi
baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev
əməkdaşlığımızın daha da genişləndirilməsi üçün təkcə ənənəvi
deyil, eyni zamanda, yeni sahələrin müəyyənləşdirilməsinin
zəruriliyini vurğuladı. Dövlətimizin başçısı Yuris Maklakovsun
ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq
nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək
münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz tövhəsini
verəcəyinə ümidvar olduğunu bildirdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Yuris Maklakovs ilk
növbədə Latviya Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş
arzularını dövlətimizin başçısına çatdırdı. Səfir Prezident İlham
Əliyevin Latviyaya səfərinin ölkəsində məmnunluqla xatırlandığını
vurğuladı. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsini
qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən Yuris
Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin
daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini
söylədi.
Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu,
ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib.
Səfir Dan Stav fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dan Stav etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd etdi. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə etdi. Səfir Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini dedi. Dövlətimizin başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi