Nida.az
Almaniyalı politoloq: “Ermənilər Qarabağı Azərbaycana qaytarmağa hazır olan partiyaya səs verə bilər”
“Qondarma “DQR”-dəki seçkiləri ABŞ-la yanaşı, dünya da tanımır”.
Publika.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Hayko Lanqner deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda qondarma rejim de-fakto
olaraq fəaliyyət göstərir və beynəlxalq ictimaiyyət tərəfindən
tanınmaq üçün cəhdlər edirlər: “Bu seçkilər də “DQR”-in tanınmağına
edilən növbəti cəhdlərdən biridir. Lakin bu seçkilər formal
nöqteyi-nəzərdən demokratik keçsə də, dünya ictimaiyyəti bunu
tanımayacaq. Çünki BMT qətnamələrinə əsasən, Dağlıq Qarabağ
müstəqil dövlət deyil, bu ərazilər Azərbaycana aiddir”.
H. Lanqner qeyd edib ki, Qarabağdakı əhali seçkiyə gedərək səs
vermək məcburiyyətindədir: “Onların az da olsa, ümidi var.
Bölgədəki siyasi nöqteyi-nəzərdən çıxış edərək deyə bilərəm ki,
əhali Azərbaycana güzəştə gedərək sosial-iqtisadi vəziyyəti
düzəltmək istəyən partiyalara səs verə bilər. Bu qüvvələr sülhə
nail ola bilərdilər. Lakin təəssüf ki, əvvəlki təcrübə arzuolunmaz
nəticələrin baş verəcəyini deməyə əsas verir. Mövcud rejim
Azərbaycan ərazilərini işğalda saxlamaq üçün bütün vasitələrə əl
atır”.
Asif Nərimanlı
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO