Nida.az
Müsavatdan Aysellərə qarşı kim yarışacaq?
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsi son günlər müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, müzakirəyə səbəb bu
dairədən namizədliyini irəli sürən iki şəxsin ad və soyadının eyni
olmasıdır. Belə ki, Yeni Azərbaycan Partiyası bu dairə üzrə orta
məktəb müəlliməsi olan Aysel Əlizadənin namizədliyini irəli sürüb.
“125-lər” klubunun üzvü, yazar Aysel Əlizadə də eyni dairədən
namizədliyini verib. Ad və soyad bənzərliyi sosial şəbəkələrdə əsas
müzakirə mövzularından birinə çevrilib.
Bu dairə üzrə diqqət çəkən digər məqamsa, Müsavat Partiyasının
namizədidir. Partiyanın namizəd siyahısında 8 saylı Binəqədi
birinci seçki dairəsi üzrə keçmiş Məclis sədri Arzu Səmədbəylinin
namizədliyi göstərilir. A. Səmədbəyli 2005-2010-cu illərdə Milli
Məclisin deputatı olub.
Asif Nərimanlı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO