Nida.az
İsa Qəmbər Taleh Şahsuvarlıya qarşı namizəd irəli sürdü
Müsavat Partiyası bu ilki parlament seçkilərinə daha bir üzvünün namizədliyini irəli sürüb.
Bu barədə AzNews.az-a partiyadan məlumat
verilib.
Məlumata görə, partiya 16 saylı Yasamal ikinci seçki dairəsindən
professor Almaz Əliqızının namizədliyini dəstəkləyəcək. Müsavat
partiyasının Məclis üzvü Almaz Əliqızı məlumatı təsdiqləyib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən İbrahimov
Xıdır Mənsum oğlunun, Real Hərəkatı isə Erkin Qədirlinin
namizədliyini irəli sürüb. Müsavat və Real isə bir-birlərinin
namizədi olduğu dairədən yeni iddiaçı irəli sürməməyi razılaşmışdı.
Bəs, bu razılaşmanın pozulmasına səbəb nədir?
Məsələ burasındadır ki, “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru, sosioloq Taleh Şahsuvarlı da seçki kampaniyasına məhz həmin dairədən qatılmaq əzmindədir. Taleh Şahsuvarlının dünən Facebook sosial şəbəkəsində Müsavat Partiyasının başqanı İsa Qəmbəri sərt tənqid etməsindən sonra partiyanın həmin dairədən namizəd irəli sürməsi siyasi müşahidəçilər tərəfindən birmənalı qarşılanmır. Hesab olunur ki, bu, Müsavatın sabiq başqanının Taleh Şahsuvarlıya qarşı qərəzli münasibətinin ifadəsidir.
Taleh Şahsuvarlının həmin statusunu təqdim edirik:
“Müsavat Partiyasının eks başqanı İsa Qəmbər deyir ki, Əliyev hakimiyyəti XİN-dən sökülməyə başlayıb. İsa bəyin sökmək məsələsində təcrübəsi var düzü. Çünki Elçibəy hakimiyyətini elə Müsavatı partiya elan etməklə sökmüşdü. Amma görünür onun dekonstrurksiya nəzəriyyəsi də artıq tam iflasa uğrayıb. Çünki hazırda ən çox uçan, sökülən elə Müsavat Partiyasıdır. Bir zamanlar deputatlığa namizədlərini praymerzlə müəyyən edən Müsavat Partiyası indi ortalığa çıxarmağa adam tapmır. Hətta Tural Abbaslı da öz gələcəyini Arif Hacılı ilə, İsa Qəmbərlə birgə görmür. Ən başlıcası İsa Qəmbər elə bilir ki, onun o axmaq oğlunun nidası seçkiləri müşahidə eləməyə yetər”.
Publika.az saytı məsələyə münasibət bildirmək üçün parlament seçkilərinə 16 saylı dairədən qatılacaq Taleh Şahsuvarlıya müraciət edib. O bildirib ki, Müsavat Partiyasının Almaz Əliqızının namizədliyini irəli sürməsi onu narahat etmir: “Ümumiyyətlə, Müsavat çoxdan seçki kampaniyalarının gedişinə və nəticələrinə təsir göstərəcək gücdə, ciddiyyətdə deyil. Odur ki, məndən olsa, İsa Qəmbər də, Arif Hacılı da dairələrini dəyişib birlikdə bu dairəyə gələrdilər. Hətta Əli Kərimlidən də xahiş edə və onu da özlərinə qoşa bilərlər. Mənim Azərbaycanda hər kəsin qarşısında seçicilərə deməyə sözüm, birmənalı mövqeyim var- Prezident İlham Əliyevi şüurlu şəkildə, vicdanımın səsi ilə dəstəkləyirəm. Məşhur Rüstəm İbrahimbəyov avantürasından və Cəmil Həsənlini qulpuqırıq çətir kimi başlarının üzərinə qaldırdan sonra isə radikal müxalifətin liderlərinin hər hansı kombinasiya qurması Siziflikdir. Sadəcə, müxalifətin Sizifləri qaldırmaq istədikləri daşı heç yerindən də tərpədə bilmirlər”
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək