Nida.az
Seçki-2015: 19 deputatlığa namizəd qeydə alınıb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında Azərbaycan Milli Demokrat Partiyasının 4 səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Trend-in məlumatına görə, iclasda bir nəfərin - İzzətli Ruslan Teymur oğlunun təşviqatla bağlı müraciəti əsasında Dairə Seçki Komissiyasının (DSK) qərarı araşdırılaraq ləğv edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, deputatlığa namizədlik üçün
müraciət edənlərin sayı 1017 nəfərdir: “Onların 506-sı siyasi
partiyalar tərəfindən, 37-si siyasi partiya bloku, 3 nəfərin
namizədliyi təşəbbüs qrupu, 471 nəfərin namizədliyi isə fərdi
qaydada irəli sürülüb. 839 nəfərin namizədliyinin irəli sürülməsi
təsdiq olunub, 721 nəfər imza vərəqəsi alıb. 64 nəfər imza
vərəqələrini qaytarıb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə
alınıb. 19 nəfərdən 5-i Yeni Azərbaycan Partiyası, Vətəndaş
Həmrəyliyi və Ümid Partiyaları tərəfindən irəli sürülüb, 14 nəfərin
namizədliyi isə fərdi qaydada irəli sürülüb”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də
keçiriləcək.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO