Nida.az
Müsavat Pənah Hüseynə qarşı namizəd irəli sürəcək – ÖZƏL
Müsavat partiyası da Xalq Partiyasının sədri Pənah
Hüseynin namizəd olduğu 63 saylı Sabirabad birinci seçki
dairəsindən öz namizədini irəli sürəcək.
Bu barədə Publika.az-a açıqlamasında Pənah
Hüseynin özü məlumat verib.
Onun sözlərinə görə, həmin dairədən yeddidən artıq namizəd var:
“Məndə olan məlumata görə, Müsavat Partiyası da həmin dairədən
namizəd irəli sürəcək. Həmçinin Ümid Partiyasının, YAP-ın, VHP-nin
və digərlərinin də namizədləri var”.
P. Hüseyn onun təmsil olunduğu “Azadlıq - 2015” blokunun seçkini
boykot etməsi ilə bağlı məlumatlara da münasibət bildirib: “Bununla
bağlı müzakirələr gedir, lakin bu, boykotla bağlı qərarın verildiyi
demək deyil. Biz öz namizədlərimizi dairələr üzrə irəli sürürük. Bu
gün səhər də daha bir dairə üzrə namizədimizi verdik”.
P. Hüseyn müxalifətin eyni dairədən bir-birinə qarşı namizəd
irəli sürməsinin səsləri parçalayacağını istisna etməyib.
“Lakin bu hələlik indiki mərhələdə belədir. Əsas məqsəd
demokratik seçki mühitinin təmin olunmasıdır”, - deyə o
bildirib.
Qeyd edək ki, Müsavat partiyasının seçkilərlə bağlı açıqladığı
ilkin siyahısında P. Hüseynin namizədliyini verdiyi dairədən
namizəd göstərilməyib. Lakin noyabrın 1-də keçiriləcək seçkilərə
qədər bu siyahıya dəyişikliyin edilməsi istisna deyil.
Asif Nərimanlı
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...