Nida.az
“Ermənilər kütləvi şəkildə Azərbaycana qaça bilər” – İrəvanı təşvişə salan vəziyyət
“Bu gün Vaan Matirosyan kimi müxalifət liderinin özünə düşmən saydığı və müharibə şəraitində olan Azərbaycandan siyasi sığınacaq istəməsi Ermənistanın istər iqtisadi, istərsə də siyasi tənəzzülə uğradığını bir daha sübut edir”.
Bu barədə Publika.az-a açıqlamasında keçmiş
təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin baş
direktorunun müavini Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, V.Matirosyanın ölkədən qaçması və Azərbaycana
sığınması Ermənistanın imicinə bir zərbədir: “Təsəvvür edin ki,
daim iqtidar tərəfindən təqiblərə məruz qalan bu siyasətçi öz
qərarını sona çatdıra bilibsə, bu artıq Ermənistan rəhbərliyini
dərindən düşünməyə vadar edir”.
A.Nağıyev qeyd edib ki, Ermənistan vətəndaşlarının kütləvi şəkildə
Azərbaycana gəlmək istəyi səbəb və məqsədlərindən asılı olaraq tək
siyasi məsələlərlə bağlı yox, digər amillərlə, o cümlədən iqtisadi
problemlərlə də bağlı ola bilər.
“Düşünürəm ki, baş verənlərdən sonra Ermənistan hakimiyyəti təmas
xəttində və sərhədyanı bölgələrdə nəzarəti gücləndirəcək və xüsusi
xidmət orqanları başqa iş rejiminə keçəcək. Çünki ermənilər kütləvi
şəkildə əks tərəfə can ata bilərlər. Hesab edirəm ki, bu gün
Ermənistan vətəndaşlarının və ya Dağlıq Qarabağda yaşayan
ermənilərin həddən artıq böyük hissəsi Azərbaycanda yaşamağa
üstünlük verərdilər”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq