Nida.az
AXCP-də açıq savaş başladı: Kərimlilər üz-üzə
“Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda söz vermək belə istəmirdilər. Sadəcə israrla söz ala bildim”.
Publika.az xəbər verir ki, bu barədə AXCP-nin
dünən keçirilən qurultayında sədrliyə namizəd olan, lakin son anda
namizədliyini geri çəkən Sahib Kərimli deyib.
O, qurultayla bağlı çatışmayan məqamlara toxunub: “Qurultayın
keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan
təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi
demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli
Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə
etdi. Amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi
qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və
bu, olmadı. Beləliklə, namizədliyimi geri götürdüm.
Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir. Mən Əli Kərimliyə 2018-ci ilin prezident seçkilərində uğurlar arzu etdim. Həmçinin qeyd etdim ki, 2018-ci ildə siz artıq 18 ilin partiya sədri olaraq, 4 prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam”.
S. Kərimli qeyd edib ki, partiyanın heç bir seçkili orqanında
təmsil olunmayacaq.
“Sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr
əldə etmək mümkünsüzdür. Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi
artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam”, -
deyə o bildirib.
Asif Nərimanlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü