Alternativ AXCP-nin qurultayına YAP da dəvət olunacaq
Bizi izləyin

Nida.az

Alternativ AXCP-nin qurultayına YAP da dəvət olunacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayından sonra partiyanın digər qanadı olan AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi də qurultayının vaxtını açıqlayıb.


Publika.az xəbər verir ki, AXCP EQTK sədri Razi Nurullayev qurultayın oktyabrın 18-nə təyin edildiyini bildirib: “AXCP Etimad Qurultayı Təşkilat Komitəsi qurultay gününü oktyabrın 18-nə təyin etdi. Bakı şəhər meriyasına Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirmək üçün müraciət göndərdik. Qurultaya bir çox xarici qurumların, eləcə də ölkədə fəaliyyət göstərən partiya və təşkilatların nümayəndələri dəvət olunacaq”.


R. Nurullayev Publika.az-a açıqlamasında qurultaya Yeni Azərbaycan Partiyasının da dəvət olunacağını bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm