İlham Əliyevin İrana səfəri zamanı iqtisadi əməkdaşlığın inkişafı müzakirə ediləcək - AÇIQLAMA
Bizi izləyin

Nida.az

İlham Əliyevin İrana səfəri zamanı iqtisadi əməkdaşlığın inkişafı müzakirə ediləcək - AÇIQLAMA

İlham Əliyevin İrana səfəri zamanı iqtisadi əməkdaşlığın inkişafı haqda müzakirələr aparılacaq - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş müzakirələr aparılacaq. Bunu İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur ötən gün Culfa sərhəd keçid məntəqəsində yeni açılan körpüyə baxış keçirərkən jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verir.

İ.Rəhimpur bildirib ki, İranın "Araz" azad iqtisadi və ticarət zonasının Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşməsi Azərbaycan və İran arasında ticarət əlaqələrinin inkişafı üçün böyük potensial yaradır: "Sərhəd zonalarında iqtisadi fəaliyyətlərin artırılması zəruridir və İran XİN "Araz" azad iqtisadi və ticarət zonasında iqtisadi fəaliyyətlərin və sərmayə qoyuluşlarının artırılması məqsədilə öz dəstəyini verəcək".

Nazir müavini deyib ki, İran Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı "Araz" azad iqtisadi və ticarət zonasına müştərək investisiyaların yatırılması və bu zonada iqtisadi fəaliyyətlərin artırılması üçün lazım olan təklifləri irəli sürəcək.

Qeyd edək ki, "Araz" iqtisadi zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayır və Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. İqtisadi zonanın Culfa şəhərindəki ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli - Xudafərin bölgəsində yerləşir. İran tərəfi bu zonanın Azərbaycanla müştərək təşkil edilməsini istəyir. Bu məsələ iki ölkənin rəsmiləri arasında bir neçə dəfə müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm