Deputat rayon avtomobillərinin Bakı qadağasına qarşı çıxdı
Bizi izləyin

Nida.az

Deputat rayon avtomobillərinin Bakı qadağasına qarşı çıxdı

Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik və əlavələrin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib.

Publika.az xəbər verir ki, o, ilk öncə həmkarı Musa Quliyevin təklifini dəstəkləyərək bildirib ki, taksilər də ictimai nəqliyyat olduğundan orada siqaretin çəkilməsi qadağan olunmalıdır: “Taksi sürücülərinin əksəriyyəti sükan arxasında siqaret çəkərək sərnişinlərin sağlamlıqlarına ziyan vururlar. İnkişaf etmiş ölkələrdən olduğu kimi bizdə də taksilərdə siqaretdən istifadə qadağan edilməli, buna məhəl qoymayanlar cəzalandırılmalıdır”.

Qənirə Paşayevanın sözlərinə görə, bütün taksilərdə taksometrlər olmalı və sərnişin ödəməli olduğu gediş haqqının məbləğini görməlidir.

Deputat rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmasındakı problemlərə də toxunub. O bildirib ki, bölgələrdə yaşayan sakinlər millət vəkillərinə bununla bağlı müəyyən narahatlıqlarını ifadə edirlər: “Hesab edirəm ki, bu məsələnin tənzimlənməsi qayda və mexanizmlərinə yenidən baxılmalı, təkmilləşdirilməli və insanları narahat edən məsələlər ortadan qaldırılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm