Nida.az
1000 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə müzakirə olunub.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 2008-ci ildən veb-kameraların quraşdırılmasına başlanıb: “Əvvəlcə 500 seçki məntəqəsinə belə kameralar quraşdırılmışdı, indi isə 119 seçki dairəsində, 1000 seçki məntəqəsində quraşdırılıb. Bu kameralarla, səsvermə kabinələri istisna olmaqla, dairə və məntəqələri izləmək mümkün olacaq”.
Müzakirələrin yekununda veb-kameraların quraşdırılacağı dairə və məntəqələrin siyahısı təsdiq olunub.
Bundan başqa, iclasda seçkilərdə "exit-poll" keçirmək istəyən daha bir təşkilat qeydiyyata alınıb.
İclasda "RƏY" Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb. Təşkilatla bağlı məlumat verən N.Məmmədov deyib ki, mərkəz 118 seçki dairəsi üzrə "exit-poll" keçirmək niyyətindədir.
Müzakirələrin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, MSK bundan əvvəl üç təşkilatı - "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası - qeydə alıb.

-
MDB08:49
Putin planları dəyişdi: Kreml Ukraynada bunu edəcək
-
MDB08:19
Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA
-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq