Azərbaycandakı seçkilər “Rossiya 24” kanalında
Bizi izləyin

Nida.az

Azərbaycandakı seçkilər “Rossiya 24” kanalında

"Seçkilər" Media Mərkəzi - “Rossiya 24” kanalı Azərbaycanda keçirilən parlament seçkiləri prosesi ilə bağlı informasiya yayıb. Seçki-2015.az saytının məlumatına görə, 125 yer uğrunda 767 nəfərin mübarizə aparacağını yazan Rusiya saytı qeyd edir ki, hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, seçkilərdə müxalifət partiyaları da iştirak edəcək.

İnformasiyada qeyd olunur ki, seçkiləri 503 beynəlxalq müşahidəçi izləyəcək. “Rossiya 24” kanalı onların Rusiyadan, Belarusdan, İsraildən və digər ölkələrdən olduğunu bildirir. Eyni zamanda məlumatda AŞPA-dan olan müşahidəçilərin də seçkilər prosesini izlədikləri qeyd olunur.

Sonda bildirilir ki, seçkilərdə 5 milyon 200 min nəfər ölkə vətəndaşı səsvermə hüququna malikdir və onlardan 500 nəfəri 100 yaşdan yuxarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm