Nida.az
Altay Göyüşov: “Azərbaycanda rusiyapərəstlər fəallaşıb”
Tarixçi alim, REAL hərəkatının İdarə Heyətinin üzvü Altay Göyüşov
eks-prezident Ayaz Mütəllibovun “1991-ci ilin mart ayında keçirilən
referendumda Azərbaycan əhalisinin 60 faizi SSRİ-nin
saxlanılmasının istəyirdi” sözlərini sərt tənqid edib.
Publika.Az xəbər verir ki, A. Göyüşov “Feysbuk” səhifəsində
bununla bağlı yazıb ki, Mütəllibov gözünün içinə qədər yalan
danışır: “O referendumda nə Gürcüstan iştirak etdi, nə də
Ermənistan ki, biz müstəqil olmaq istəyirik. Əlbəttə, Mütəllibov
gözünün içinə kimi yalan danışır. Çünki o hadisədən cəmi bir il
qabaq burada Sovet ordusu qırğın törətmişdi, indiki kimi deyildi,
hamı rus televiziyalarından üstümüzə axıdılan çirkabı görür və
çarəsizlikdən, hiddətdən partlayırdı. Azərbaycan xalqı qətiyyən
SSRİ-də qalmaq istəmirdi, rusun qulu hesab etdiyi Mütəllibova
nifrət bəsləyirdi. Sadəcə, Mütəllibov hakimiyyətini rus tankları
hesabına qoruyurdu. Bu sözlər daha çox onun özün aiddir. Çünki o
vaxt Azərbaycanın sovet rəhbəri olan Mütəllibov bizim
müstəqilliyimizi istəmirdi. Bunun qarşısını almaq üçün əlindən
gələni edirdi. O bütün vücudu və varlığı ilə Rusiyanın adamı
idi”.
A. Göyüşov qeyd edib ki, Azərbaycan xalqının bədbəxtliyi
Azərbaycana Jirinoviski kimi münasibət bəsləyən bu adamı ölkənin
ilk prezidenti seçməsinə imkan verməkdə olub. “Düzdür bir neçə ay
sonra devirdik, qaçdı Moskvaya qulu olduğu ağalarının yanına.
Müsahibənin gülməli yeri isə odur ki, adam israr edir ki, o
referendum saxtalaşdırılmamışdı. Halbuki nəticədə göstərilirdi ki,
guya azərbaycanlıların 94-95 faizi müstəqil filan olmaq istəmir,
elə Rusiyanın tərkibində yaşamaq istəyir! Elə bil Azərbaycan Krım
zad idi. İnandırım sizi heç Moskvanın özündə de SSRİ-nin
saxlanmasını istəyən bu qədər adam tapmaq mümkün olmazdı”-deyə o
bildirib.
A. Göyüşov bildirib ki, Azərbaycanda rusiyapərəstlər yaman
fəallaşıb.
Asif
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO