MSK Çingiz Əsədullayevin dairəsinin nəticələrini ləğv etdi
Bizi izləyin

Nida.az

MSK Çingiz Əsədullayevin dairəsinin nəticələrini ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü İlqar Vəliyev və bitərəf, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayevin müraciətinə baxılıb.

Onlar öz müraciətlərində noyabrın 1-də keçirilən seçkilərin nəticələrinin həmin dairə üzrə ləğv edilməsini xahiş ediblər. Müraciət edənlər iddia ediblər ki, səsvermə günü qanun pozuntularına yol verilib.

MSK üzvü Ramiz İbrahimov deyib ki, Ekspert Qrupu araşdırma aparıb və müəyyən nəticəyə gəlinib: “Bütün protokollara baxış keçirilib və məlum olub ki, 3 və 5 saylı seçki məntəqələrində səslərin sayılmasında pozuntuya yol verilib. Bundan əlavə, 7, 12, 14, 16, 18, 22, 24, 25, 27, 35 və 39 saylı məntəqələrin protokollarında də belə hallar baş verib. Bütövlükdə 17 məntəqə üzrə pozuntu qeydə alınıb. Həmin məntəqələrdə səsvermənin nəticələri ləğv olunmalıdır”.

Ekspert Qrupunun araşdırmasında təklif edilib ki, MSK-ya müraciət edən deputatlığa namizədlərin müraciəti təmin edilməlidir. Bu isə ümumi seçicilərin sayından çox olduğundan həmin seçki dairəsinin nəticələri etibarsız hesab edilməlidir.

MSK-nın qərarı ilə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv olunub.

Qeyd edək ki, həmin dairədən lider namizəd 2005 və 2010-cu illərdə deputat seçilmiş bankir Çingiz Əsədullayevdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm