Nida.az
Özcan Pehlivanoğlu: “Bundan sonra Türkiyə Rusiya ilə...”
“Türkiyə ilə Rusiya arasında baş verənlər narahatedici məqamlardır”.
Bunu Publika.az-a açıqlamasında Rumeli Balkan
Strateji Araşdırmalar Mərkəzinin (RUBASAM) rəhbəri, türkiyəli
politoloq Özcan Pehlivanoğlu deyib.
O. Pehlivanoğlu nə olursa olsun, Rusiya, yaxud başqa bir ölkənin
təyyarəsinin vurulmasını istəmədiklərini qeyd edib: “Dövlətlərarası
münasibətlər dostluq və qarşılıqlı maraqlara hörmət çevrəsində
olmalıdır. Mənim kimi Türkiyədə müxalifət partiyalarına mənsub
şəxslər Davudoğlu hökumətinin xarici siyasətini qəbul etmir.
Türkiyə xarici siyasətinin təməli Atatürk tərəfindən “Yurdda sülh,
cihanda sülh” prinsipi ilə qoyulub. Bundan vaz keçmək lazım deyil.
Bu baxımdan, Türkiyə Rusiya, ABŞ, İsrail, Çin və Avropa Birliyi ilə
yaxşı münasibətlər qurmalıdır. Türkiyə problem yaradan yox,
problemləri həll edən ölkə rolunu üzərinə götürməlidir. Çünki
Türkiyənin sahib olduğu maddi və mənəvi güc ilə geostrateji
coğrafiyada yerləşməsi bu rolu üzərinə götürməyə imkan verir”.
Türkiyəli politoloq hesab edir ki, Türkiyə-Rusiya münasibətləri
yoluna qoyulmalıdır.
“Hər iki ölkənin tarixi əlaqələri bunu asanlıqla həll etməyə imkan
verir. Xüsusilə, Türkiyə enerji koridoru olmaq imkanlarını
gücləndirmək üçün bu baş verməlidir”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!