Nida.az
Əli Əhmədov: “Türkiyə Azərbaycan üçün qardaş və strateji müttəfiq ölkədir”
Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov son günlər Türkiyə ilə Rusiya arasında yaranmış gərgin münasibətləri şərh edib.
Publika.az-ın məlumatına görə, Ə.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyəti, hər bir vətəndaş son günlərdə məlum insidentlə əlaqədar Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüflənir və narahat olur. Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün qardaş və strateji müttəfiq ölkədir: “Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost olan ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır”.
Vasif Həsənli
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama