Nida.az
Baş Prokurorluqdan İMTİNA: ekstremistlərlə danışıq olmayacaq
“Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik”.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib.
Prokurorluq rəsmisi qeyd edib ki, Baş Prokurorluq Məşədi Natiq
Kərimovun danışıqlar təklifini qəbul etməyib.
E.Sultanov qeyd edib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb: "Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla qeyd edilən cinayətin bütün iştirakçılarının, həmçinin həmin silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir".
Qeyd edək ki, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq
Kərimov bildirmişdi ki, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar
hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa çalışıb. Məşədi
Natiq Kərimov ötən gün baş verən atışmada dünyasını dəyişən kənd
sakinlərinin meyitlərinin hələ ailələrinə təhvil verilmədiyini də
bildirib.
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU