Nida.az
Aydın Əliyev Bərdədə vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 27-də Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.
Publika.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI