Nida.az
Qarabağdan istifadə edib Azərbaycan və Türkiyədən...
"Moskva Türkiyəyə qarşı təkcə "kürd kartı"ndan deyil "erməni kartı"ndan da istifadə edir. Artıq Rusiya və Ermənistan Türkiyəyə qarşı birləşiblər".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
"Star" qəzeti yazıb.
Qəzet əlavə edir ki, bu ittifaq Dağlıq Qarabağda atəşkəs rejiminin
ləğvinin elan olunmasına gətirib çıxardı və müharibə təhlükəsini
artırdı.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ötən həftə atəşkəs
rejiminin ləğv olunduğunu elan edib.
"Ermənistan və Rusiyanın hava hücumundan müdafiə sistemlərini
birləşdirmək qərarı Qafqazda vəziyyəti kəskinləşdirir. Dağlıq
Qarabağ ətrafında gərginliyin artdığı bir vaxtda Türkiyə-Ermənistan
sərhədində yeddi min rus əsgəri yerləşdirildi. Həmçinin, Moskva
Ermənistana hərbi helikopterlər göndərdi. Belə görünür ki, Ankara
ilə gərginlikdən sonra Rusiya Türkiyə və Azərbaycanın daha da
yaxınlaşmasından narahatdır", - deyə qəzet vurğulayıb.
"Star" yazır ki, Qarabağdakı gərginlik birbaşa Rusiya-Türkiyə
böhranı ilə bağlıdır: "Güman etmək olar ki, Rusiya Ermənistan
vasitəsilə Türkiyə və Azərbaycandan qisas almağa çalışır".
Asif Nərimanlı
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı



































