Nida.az
İlham Əliyev: Minsk qrupu Ermənistanı mümkün olan problemlərdən qoruyur
“Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bilirsiniz ki, biz çox çalışırıq. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar”.
Bunu Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Minsk qrupunun bugünkü fəaliyyəti tamamilə mənasızdır:
“Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni, bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər? İndi Avropa Şurası bu məsələni gündəliyə çıxarır. Məruzəçi təyin edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır. Düzdür, Azərbaycan bu təşkilatla əlaqələri 15 ildir ki, qurubdur və münasibətlərdə heç də hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir.
Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını
işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan
mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur.
Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə bağlı
olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat
indi bu məsələni gündəliyə çıxarıb. Minsk qrupunun həmsədrləri
onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu
təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul
olunsun.
Ona görə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət
vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm.
Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll
olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili
standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir
taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu
cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də
bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir,
amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman
olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir.
Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə
çatıb”.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi