Azərbaycan XİN-də uniforma tətbiq oluna bilərmi?
Bizi izləyin

Nida.az

Azərbaycan XİN-də uniforma tətbiq oluna bilərmi?

Bu gün Rusiyada qeyd olunan Diplomatlar Günü münasibətilə həmin ölkənin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ilk dəfə olaraq jurnalistlərin qarşısına qurumun rəsmi geyim formasında çıxıb. Geyimin çiyinliyində əməkdaşın rütbəsi də təsvir olunub.

Bəs Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) uniforma tətbiq olunurmu? Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Publika.az-a bildirdiyinə görə, Azərbaycanda Xarici İşlər Nazirliyinin əməkdaşları üçün xüsusi geyim formasının tətbiqi hələ ki, gündəlikdə deyil: “Azərbaycan Xarici İşlər Nazirliyində uniforma tətbiq olunmur. Hər bir ölkənin özünün diplomatik protokol qaydaları var. Azərbaycan Respublikasının diplomatik xidmət haqqında qanununda və diplomatik protokol qaydalarında xüsusi bir geyim – uniforma nəzərdə tutulmayıb”.

H. Hacıyev qeyd edib ki, nazirliyin əməkdaşlarına yalnız dress-kod tətbiq olunur.

XİN-də uniformanın tətbiqinə gəlincə isə H. Hacıyev bildirdi ki, hal-hazırda bu məsələ gündəlikdə deyil.

Qeyd edək ki, Rusiya XİN əməkdaşları üçün xüsusi geyim forması 2001-ci il noyabrın 17-dən tətbiq olunur. XİN-in qadın əməkdaşları üçün xüsusi geyim forması isə bir qədər sonra - 2013-cü ildə yaradılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm