Səfir Türkiyənin məqsədini AÇIQLADI - VİDEO
Bizi izləyin

Nida.az

Səfir Türkiyənin məqsədini AÇIQLADI - VİDEO

ANS TV-nin efirində "Hesabat" verilişində Mir Şahinin qonağı Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun olub.

Söhbət zamanı Türkiyə-Rusiya münasibətlərindən danışan səfir Türkiyənin Suriya siyasəti və Rusiyanın Suriya siyasəti haqqında sualları cavablandırıb.

- Türkiyə və Rusiya, ayrılıqda Suriya məsələsinə necə yanaşır? Və bu yanaşmalar arasında hansı prinsipial ziddiyyətlər var? Türkiyə bu problemin necə həll olunmasını istəyərdi? Rusiya bu problemin necə həll olunmasını istəyərdi?

- Bir qədər daha əvvələ, daha geniş coğrafiyaya baxmaq lazımdır. Dağlıq Qarabağ məsələsinə, Gürcüstanda yaranmış vəziyyətə, Ukraynada baş verənlərə baxmaq və Krımın işğalını da unutmamaq lazımdır. Bizim yaxın coğrafiyamızda bir sıra geopolitik gerçəklər addım-addım ortaya çıxır. Bütün bunları bir araya gətirdikdə həqiqətəndə beynəlxalq təhlükəsizliyin, sülhün, xalqların rifahının qorunmasında səmimi hissləri və narahatlıqları olanların bunları dəyərləndirmələri vacibdir. Bütün bunları dəyərləndirdikdən sonra bizim Rusiya ilə Suriya məsələsində fərqli düşüncələrimiz ola bilər. Eynilə Krımda olduğu kimi. Bizim Krımın işğalını tanımaq kimi bir fikrimiz yoxdur. Heç bir zamanda olmayacaq. Buna rəğmən, biz Rusiya ilə münasibətləri qoruyub saxladıq. Suriyada da yaşananlara baxmayaraq bizim Rusiya ilə münasibətlərimizi qoruyub saxlamaq mümkündür. Lakin Türkiyənin öz hava sahəsində sahibliyinin, suverenliyinin, sərhədlərinin müdafiə edilməsinin hər kəs tərəfindən qəbul edilməsi lazımdır. Suriya Türkiyəyə qonşu bir ölkədir. Rusiyanın orada bir sıra maraqları ola bilər. Rusiyanın bu ölkəyə etdiyi həmlələr, hava hücumları nəticəsində minlərcə insan Türkiyə torpaqlarına sığınmaq məcburiyyətində qalırsa, Suriyada mülki vətəndaşlar bu hücumlar nəticəsində öldürülürsə, o zaman bizim də söyləyəcək sözlərimiz var. Hazırda bir istəyimiz var ki, beynəlxalq qurumlar Suriya məsələsinin kökündə nəyin dayandığını başa düşsün. Bəşər Əsədlə Suriyanın bir gələcəyinin ola bilməyəcəyini anlasın və mülayim müxalifəti də dəstəkləmək şərti ilə Suriya xalqının sahiblənəcəyi həll yolunu, keçid dövrünü birlikdə keçə bilək” deyə səfir bildirdi.

Keçmişdə Bəşər Əsədə ən çox sahib çıxmış bir ölkənin təmsilçisi olaraq deyə bilərəm ki, Bəşər Əsəd öz xalqını bombalarla yox etməyə çalışan bir liderdir. Belə bir liderlə Suriyanı nə kimi bir gələcək gözləyəcəyi sual doğurur.

- Rusiya Cənub həbi dairəsində olan bütün qoşunlarını yüksək döyüş vəziyyətinə gətirib. Adamda elə bir bir hiss yaranır ki, bu gün-sabah savaş olacaq. Türkiyə rus silahlı qüvvələrinin bu şəkildə cəmləşməsindən narahatdırmı?

- Son dönəmdə baş verən hadislərdən narahatıq. Türkiyə üçün qonşu ölkələrdə əsgəri aktivliyin artması, təyyarənin vurulması narahatedicidir. Gərginliyin bu şəkildə artmasının və artırılmasının heç kimə faydası yoxdur. Bizim əsas məqsədimiz bölgədə sülhü və əminamanlığı bərqərar etməkdir.

- Son zamanlar Rusiyada bizdə Qars müqaviləsi kimi məşhurlaşan Moskva müqaviləsi də şübhə altına alınıb. Bir sıra millət vəkilləri bu müqavilənin pozulması təşəbbüsü ilə çıxış edib. Ümumiyyətlə, necə düşünürsünüz, bu müqaviləni Rusiya tək başına poza bilərmi? Yəni belə bir ehtimal sizcə nə dərəcədə realdır? Naxçıvanın hazırkı mövcudluğu həmin sənədlə bağlıdır.

- Bu kimi məsələlərin həddindən artıqdır. Belə məsuliyyətsiz açıqlamalar verildiyini bilirəm. Siyasətçiləri son dönəmlərdə həddindən artıq məsuliyyətli olmağa çağırıram. Rusiya və Türkiyə arasındakı problemləri iki mədəni dövlət olaraq, danışaraq həll etməliyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm