İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiqləndi
Bizi izləyin

Nida.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə imzalanan fərmanda qeyd olunub ki, Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin say həddi bir ay müddətində müəyyən olunmalıdır.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm