“Azərbaycan arsenalını sürətlə gücləndirir” - “Newsweek”
Bizi izləyin

Nida.az

“Azərbaycan arsenalını sürətlə gücləndirir” - “Newsweek”

ABŞ-ın “Newsweek” nəşri Azərbaycanın silahlanmasından və Rusiyanın silah ticarətindəki payından yazıb.

Publika.az xəbər verir ki, nəşr Vladimir Putinin yenidən prezident seçilməsindən sonra Rusiyanın silah satışının üçdə birə qədər artdığını qeyd edib: “Vladimir Putin yenidən prezident seçiləndən sonra Rusiyanın dünya silah ixracı bazarında genişlənməsi çağırışını etdi. Onun əsas hədəflərindən biri də Avropa bazarı oldu. Moskva tez-tez öz müasir silahları ilə öyünür. Suriya kimi Qərb dövlətləri ilə silah ticarətindən imtina edən ölkələr Rusiyanın əsas alıcıları sırasındadır”.

“Newsweek” yazır ki, Rusiyanın 2015-ci ildə silah ixracı 28 faiz artıb.

“2011-ci ildən indiyə kimi Moskvanın Avropaya silah ixracı 264 faiz olmaqla əhəmiyyətli dərəcədə böyüyüb. Avropada Rusiyanın əsas silah alıcısı Azərbaycan olub. Göstərilən dövrdə Bakının payı 4,9 faizə çatdı. Halbuki 2006-cı ildən 2010-cu ilə qədər Azərbaycan silah idxalçıları arasında 0,7 faiz paya sahib idi. Azərbaycan sürətlə öz arsenalının gücünü artırır”, - deyə nəşr yazıb.

Daha sonra məqalədə Rusiyanın digər alıcıları haqda məlumat verilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm