Rusiya Ermənistandan torpaqları qaytarmağı tələb edir - TƏCİLİ
Bizi izləyin

Nida.az

Rusiya Ermənistandan torpaqları qaytarmağı tələb edir - TƏCİLİ

“Rusiya bir neçə rayonu Azərbaycana qaytarmağı üçün Ermənistanı inandırmağa çalışır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i diplomatik mənbəyə istinadən xəbər verir.

Diplomatik mənbə bildirir ki, Rusiya Federasiyasının təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində pərdəarxası siyasi proses gedir: “Moskva Ermənistandan Dağlıq Qarabağ ətrafındakı rayonlardan bir neçəsinin Azərbaycana qaytarmasını istəyir”.

Mənbə əlavə edir ki, hazırda bu istiqamətdə Moskva və İrəvan arasında danışıqlar aparılır.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun aprelin 7-də Bakıya səfəri gözlənilir. Səfər zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm