Cənubi Osetiyaya qarşılıq Dağlıq Qarabağ? – ŞƏRH
Bizi izləyin

Nida.az

Cənubi Osetiyaya qarşılıq Dağlıq Qarabağ? – ŞƏRH

“Dağlıq Qağlıqda baş verən Azərbaycan-Ermənistan qarşıdurması Cənubi Qafqazın hər an qarışa biləcəyini göstərdi”.

Bu barədə Publika.az-a açıqlamasında türkiyəli politoloq Ömür Çelikdönmez deyib.

Onun sözlərinə görə, Sergey Lavrovun Dağlıq Qarabağda baş verənlərdə Moskvanın Ankaranı ittiham etmədiyini deməsi çox mətləblərdən xəbər verir: “Bu, həm də Rusiyanın Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verməyəcəyi kimi vacib məsələdir. Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağ problemində qondarma “DQR” tərəf kimi göstərməsi də əslində ölkəsinin müharibədən çəkindiyini göstərir. Çünki Sarkisyan da Rusiyanın onu dəstəkləməyəcəyini anlayır”.

Türkiyəli politoloq Rusiyanın indi nə üçün Dağlıq Qarabağ məsələsində geri addım atdığını dam şərh edib.

Onun fikrincə, buna səbəb Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil edilməsi ola bilər.

“Ötən ilin 6 martında Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya ilə ittifaq razılaşmasının imzalanması üçün hazırlıq görülməsi təlimatını vermişdi. 2016-cı ilin 17 martında isə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani rəsmi Tiflisin Abxaziya və Cənubi Osetiyanın işğal altındakı bölgələr olması ilə bağlı qanunu ləğv etməyi planlaşdırmadığını açıqladı. Abxaziya və Cənubi Osetiya müstəqil olmaq istəyirlər. Lakin Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi və bunu beynəlxalq arenalara daşıdığı üçün Cənubi Osetiyanın Rusiyaya bağlanması o qədər də asan görünmür. Amma bölgəni idarə edən Leonid Tibilov osetinlərin ən böyük xəyalının Rusiyaya birləşmək olduqlarını bəyan edir. Hazırda bu istiqamətdə iş gedir. Proseslərin inkişafı deməyə əsas verir ki, Cənubi Osetiyaya qarşılıq Dağlıq Qarabağın azad olunması məsələsi qoyulub”, - deyə politoloq diqqətə çatdırıb.

Ö. Çelikdönmez bildirir ki, Türkiyə ilə Rusiyanın Dağlıq Qarabağda üz-üzə gələcəyini deyənlər yanılırlar: “Həmçinin, Rusiyanın Qarabağa görə Azərbaycana müdaxilə edəcəyini düşünənlər də böyük səhv edir. Əslində Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi qarşılığında Moskva Qarabağda erməni işğalına son qoyulması prosesinə səsini çıxarmayacaq. Çünki Cənubi Osetiyanın Rusiya üçün önəmi Gürcüstanda ABŞ-ın hərbi varlığına qarşı Cənubi Qafqazda gücünü qorumaqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm