Keçmiş səfir 4 günlük savaşın səbəblərini açıqladı: Rusiyanın ŞOK PLANI
Bizi izləyin

Nida.az

Keçmiş səfir 4 günlük savaşın səbəblərini açıqladı: Rusiyanın ŞOK PLANI

“Rusiya suriyalı erməniləri və PKK terrorçularını Türkiyə və Azərbaycana qarşı istifadə etmək üçün Dağlıq Qarabağ ərazisinə yerləşdirir”.

Publika.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ölkəsinin “Arman” qəzetində yazdığı məqaləsində bəyan edib.

Sabiq səfir qeyd edib ki, indi Rusiya Türkiyəyə qarşı təzyiqlərini bu yolla həyata keçirməyə çalışır: “Bir müddət öncə Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməklə, bu ölkəyə təzyiq göstərməyə çalışdı. Ancaq bunun nəticələri olmadı. Rusiya rəhbərliyi bunu yaxşı anlayır. Ona görə də indi Rusiya Türkiyəyə təzyiq etmək üçün Ermənistandan istifadə edir. Rusiyanın əsas məqsədi Azərbaycanın Qərbə yaxınlaşmasının qarşısını almaq, onu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına üzv etməkdir. Rusiya Ermənistandan Cənubi Qafqaz ilə Türkiyə arasında sədd kimi istifadə edir”.

Ə.Süleymani İranın “Mizan” qəzeti və bir neçə media orqanlarında guya Türkiyənin Suriyada buraxdığı səhvlərin əvəzini Qarabağda çıxmaq üçün hərbi əməliyyatlar başlatması barədə yayılan məlumatlara da münasibət bildirib: “Əksinə, Qarabağda hərbi əməliyyatların səbəbkarı Rusiya prezidenti Vladimir Putindir. Azərbaycan torpaqlarının işğal edilməsi üçün Rusiya Ermənistana açıq hərbi yardım göstərir. Putinin rəsmi Bakıya bu cür həmləsinin əsl səbəbi Ankara hökuməti ilə yaxınlaşmağın qarşısını almaqdır. Putin Azərbaycanın Avrasiya İttifaqına qoşulması qarşılığında erməni işğalı altındakı bir neçə rayonun azad edilməsini vəd edir. Yəni, Putin bir neçə Azərbaycan rayonlarının qaytarılmasına razıdır. Ancaq bunun əvəzində rəsmi Bakının Türkiyə ilə məsafə saxlamasını və Avrasiya İttifaqına qoşulmasını istəyir. Rəsmi Bakı isə buna əsla razı ola bilməz. Digər tərəfdən isə Rusiyanın Türkiyəyə qarşı bu cür açıq siyasətinin heç bir nəticəsi olmayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm