Hərbi ekspert: “Rusiyanın Qafqazı itirəcəyi gün uzaqda deyil”
Bizi izləyin

Nida.az

Hərbi ekspert: “Rusiyanın Qafqazı itirəcəyi gün uzaqda deyil”

“Ermənistanda hakimiyyət dəyişikliyi olsa və iqtidara islahatçı prezident gəlsə, işğalçı ölkədə Qərb-Rusiya qarşıdurması daha da güclənəcək”.

Publika.az xəbər verir ki, bunu hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, qarşıdakı dövrlərdə Ermənistanda Qərbin dəstəklədiyi Ter-Petrosyan-Dəmirçiyan birliyi ilə Rusiyanın dəstəklədiyi Köçəryan-Sarkisyan mafiyası arasında gərgin mübarizə başlayacaq.

R.Məmmədli deyib ki, İrəvanda aksiyalarda Rusiya əleyhinə səslənən söyüş xarakterli şüarlar bunu deməyə əsas verir: “Artıq erməni xalqında Rusiyaya qarşı olan inamsızlıq yüksələn xətt üzrə inkişaf edir. Əgər Ermənistanda praqmatik düşüncəli və Avropa ilə əməkdaşlığa üstünlük verən qüvvələr hakimiyyətə gələcəksə, Rusiyanın Qafqazı itirəcəyi gün uzaqda olmayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm