Nida.az
Qarabağda üç mühüm məqam: ermənilər 5 rayonu qaytarır... – Kremlə yaxın politoloq
“Mən praktiki olaraq “Kazan sənədi”ndə nələrin olduğuna bələdəm. Bir sözlə burada müxtəlif versiyalar var. Lakin ehtimal ki, hazırda bu düsturun dəyişdirilmiş forması müzakirə edilir. Lavrovun İrəvan səfərində də bu müzakirə olunub”.
Publika.az xəbər verir ki, bu barədə Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov “moscow-baku” portalına açıqlamasında deyib.
Onun fikrincə, Sergey Lavrov İrəvan səfərində Sarkisyanın öz
ölkəsinin əhalisinə bu planı reallaşdırmağın zəruriliyini izah
etməyə kömək etmək məsələsini müzakirə edib: “Çünki Ermənistanda
“Kazan sənədi”nə sərt reaksiyalar var. Ermənistanda çoxları bu
planın ciddi güzəşt olduğunu hesab edirlər. Hətta buna görə
Sarkisyanı devirməklə hədələyirlər. Hansı ki, bunu Rusiya
rəhbərliyi istəməzdi. Bundan başqa hesab edirəm ki, əgər Sarkisyan
bu sənədi imzalasa və onu devirsələr, nəticədə plan təxirə düşə
bilər”.
Kremlə yaxın politoloq müzakirə edilə biləcək məsələləri
sadalayıb.
“Birincisi, Azərbaycana qaytarılacaq rayonların
sayıdır. Plan üzrə Laçının bir hissəsi və 6 rayon qaytarılır.
Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi saxlanılır.
İkincisi, Dağlıq Qarabağda referendum sənədinə
hansı müddəaların salınmasıdır. Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qətnamələrini və Madrid prinsiplərini irəli sürür.
Ermənistan tərəfi üçün bu sərfəli deyil. Hansı ki, qətnamələrdə
Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi kimi göstərilir.
Madam ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, onda referendum
keçirmək mümkün deyil. Azərbaycan bu prinsipi də irəli sürür.
Üçüncüsü, qaçqınların köçürülməsi və səsvermə
hüququdur. Aydındır ki, bu gün Qarabağda yaşayan ermənilər
müstəqilliyə səs verəcək. Çünki onlar qaçqın deyil. Deməli
qaçqınların necə səs verəcəyi, ümumiyyətlə kimlərin qaçqın olduğu
məsələsini həll etmək lazımdır”, - deyə politoloq bildirib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu