Fransanın eks-baş naziri: “BMT güclü deyil”
Bizi izləyin

Nida.az

Fransanın eks-baş naziri: “BMT güclü deyil”

Bakıda səfərdə olan Fransanın keçmiş baş naziri Dominik de Vilpen BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində təşkil edilən zorakı ekstremizm qarşısının alınmasına həsr edilmiş plenar iclasda çıxışı zamanı BMT-nin işini tənqid edib.

Publika.az xəbər verir ki, sabiq baş nazir zorakı ekstremizmin ümumi, qlobal təhlükə olduğunu və onunla mübarizə üçün ümumi iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Dominik de Vilpen deyib ki, hazırda BMT kifayət qədər güclü deyil: “BMT Təhlükəsizlik Şurasında yeniliklər etmək, Şuranın özünün sülhməramlı qüvvələrini yaratmaq lazımdır”.

Sabiq baş nazir təəssüflə bildirib ki, Qərb Yaxın Şərqdə, Orta Asiyada, hətta, Avropada belə zorakı ekstremizmə qarşı mübarizədə məğlub olur: “Bu baxımdan da mən yeni infrastrukturun yaradılmasına şərait yaradacaq Yeni İpək Yolu layihəsinin həyata keçirilməsini alqışlayıram. Çünki zorakı ekstremizmlə üzləşən regionlar yeni infrastrukturun yaradılmasıyla sabitlik əldə edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm