Nida.az
Prezident informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanı təsdiqlədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi
haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası"na əsasən informasiya-kommunikasiya
texnologiyaları sahəsi üzrə müəyyənləşdirilmiş vəzifələrə və
"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın
təsdiq olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 28 mart tarixli 2815 nömrəli Sərəncamına uyğun olaraq
qərara alıram:
1. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilsin
(əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli
Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər
üçün Dövlət Proqramının layihəsini 4 ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən
işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin".
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf