Nida.az
Novruz Məmmədov: “Multikultralizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər güdür”
“Əslində multikultralizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər və maraqlar güdür”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev irsi və multikultral dəyərlər” adlı kitabda dərc olunan məqaləsində bildirib.
N.Məmmədov qeyd edib ki, hazırda multukultarlizmin sadəcə ölkədaxili sosial proses mahiyyətini aşaraq ümumilikdə beynəlxalq münasibətlər sistemində mühüm faktora çevrildiyini nəzərə alsaq, son dövrlərdə xarici siyasət leksikonunda daha çox istifadə olunan “yumşaq güc” və ya “ağıllı güc” məhfumuna diqqət yetirilməsi vacibdir: “Qərbdə “yumşaq güc” dedikdə, ilk növbədə dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideologiyaya və proqnozlara görə təmin etməyə çalışdığı nəzərdə tutulur. Əgər “sərt güc” məcburetməyə əsaslanırsa, “yumşaq güc” də könüllü iştirakı nəzərdə tutur. Ancaq könüllü iştirakda da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geoasiyasətdə terminologiya dəyişsə də, təməl ideya və straeji məqsəd dəyişmir”.
N.Məmmədov vurğulayıb ki, indi Azərbaycan cəmiyyəti ümummilli lider Heydər Əliyevin nə qədər dahi şəxsiyyət və uzaqgörən siyasətçi olduğunu bir daha dərk edir: “Ümummilli liderin Azərbaycan dövlətinin təməlində qoyduğu ideoloji və siyasi dəyərlər təkcə davamlı sosial iqtisadi inkişafı təmin edən güclü dövlət və cəmiyyət qurculuğunun deyil, həm də ölkəmizin milli maraqlarına cavab verən, onun müsbət beynəlxalq imicini formalaşdıran qlobal səviyyədə sülh və sabitliyin bərpası istiqamətində fəaliyyətini istiqamətləndirən xarici siyasətin çərçivəsini müəyyən edir”.
Vasif Həsənli
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ