Nida.az
“Qarabağda yeni müharibə iyunda başlayacaq” – Tomas de Valldan şok iddia
“Aprel müharibəsi Qarabağ münaqişəsinin donunu açdı.
Atəşkəs haqda yeni razılaşma əldə olunsa da, artıq o da pozulub.
Məsələni çox şişirtmirəm, amma fikrimcə, Ermənistan və Azərbaycan
“yeni Bosniya” münaqişəsinin iki-üç addımlığındadır. Bu müharibə
isə bütün region üçün zərərli ola bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Karnegi”
fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı
jurnalist Tomas de Vall “Politico Europe” nəşrində dərc olunan
məqaləsində yazıb.
Onun sözlərinə görə, atəşkəs haqda saziş son bir neçə il ərzində
yüksək gərginlik altında idi: “Apreldə bu partladı və döyüş
nəticəsində Azərbaycan Ordusu itirilmiş ərazinin müəyyən hissəsini
azad etdi. “Dördgünlük müharibə” azərbaycanlıların həm də qürurunu
bərpa etdi, hansı ki, onlar indiyə qədər özlərini məğlub hiss
edirdilər. Ölkədə böyük vətənpərvərlik dalğası ortaya çıxdı”.
T. Vall hesab edir ki, hər iki tərəfin böyük silah arsenalı var və
yeni toqquşma I Qarabağ müharibəsindən daha dəhşətli ola bilər.
“Bakı Türkiyə, İrəvan isə Rusiya ilə hərbi müqavilələrə istinad edə
bilər. Amma fikrimcə, bu ölkələr müharibədə iştirak etmək
istəmirlər. Bundan başqa, bir neçə məqama görə də narahatlıq artır.
Misal üçün, qonşu Gürcüstanda ermənilər və azərbaycanlılar
yaşayırlar. Onların toqquşma ehtimalı var. Digər tərəfdən,
Bakı-Tiflis-Ceyhan boru kəməri müharibənin ola biləcəyi regionun
yaxınlığından keçir və o, istənilən an hədəf ola bilər”, - deyə
analitik diqqətə çatdırıb.
Ekspertə görə, Azərbaycan yeni danışıqlar istəyir və bunun üçün
əlindəki vasitələrlə təzyiq edir: “Ermənistan isə boyun qaçırır.
Burada biz Rusiya faktorunu görürük. Halbuki, Rusiya münaqişəni
həll etmək və yeni müharibənin qarşısını almaq iqtidarında
görünmür. Bakı kimi İrəvanda da Rusiyanın təşəbbüslərində şübhə ilə
yanaşırlar. Rusiya regiona sülhməramlılarını yerləşdirməklə hər iki
tərəf üzərində nəzarəti ələ ala və öz təsirini gücləndirə bilər.
Hesab etsək ki, vəziyyət gərginləşəcəyi təqdirdə, Rusiya bunun
öhdəsindən gələcək, o zaman səhv edərik. Burada Birləşmiş Ştatlar
və Fransa nəsə etməlidir. Təəssüf ki, indiyə qədər heç bir
tarazlaşdırılmış beynəlxalq plan təklif edilməyib”.
T. Valla iddia edir ki, əgər münaqişənin həllində tezliklə
irəliləyiş olmayacaqsa, müharibə yenidən başlayacaq.
“Ehtimal ki, yeni müharibə iyunun sonunda başlayacaq”, - deyə o
iddia irəli sürür.
Asif Nərimanlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ