Nida.az
Medvedev qapalı görüşdə Sarkisyana “Qarabağ planı”nı diktə edib
Avrasiya Hökumətlərarası Komissiyasının iclasında
iştirak etmək üçün mayın 20-də İrəvana səfər edən Rusiyanın baş
naziri Dmitri Medvedev Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini
də müzakirə edib.
Publika.az xəbər verir ki, Ermənistanın
“1in.am” saytı Medvedevin Sarkisyanla qapalı görüşdə Rusiyanın
Qarabağ planını yenidən müzakirə etdiyini yazıb.
“Medvedev apelin 7-də İrəvana gələrkən, özü ilə bu planı
gətirmişdi. Bir gün sonra o, Bakıya yola düşdü. Bu səfərlər
ərəfəsində Qarabağla bağlı “Lavrov planı”nın olduğuna dair iddialar
ortaya çıxdı. Aprelin 22-də Lavrov İrəvana gələrkən bu planın
mövcudluğunu təkzib etməyə çalışdılar. Lakin Vyana görüşündən sonra
Medvedevin yenidən İrəvana gəlişi və Sarkisyanla köhnə müzakirələri
davam etdirməsi ehtimal etməyə imkan verir ki, Rusiya baş naziri
bir ay əvvəl təklif etdiyi Qarabağ planını yenidən özü ilə
gətirmişdi. Pərdəarxası proseslərin necə davam etdiyini deyə
bilmərik, lakin Rusiya baş nazirinin bəyanatları Moskvanın
Qarabağla bağlı təkliflərini davam etdirdiyini göstərir. Lavrov da
Vyana görüşündən dərhal sonra açıqladı ki, Moskva tərəflər arasında
güzəştləri axtarmağa davam edəcək. Əgər nizama salınmanın
variantları müzakirə edilirsə, belə çıxır ki, İrəvan həqiqətən də
Rusiya ilə danışıqlar aparır və daha sonra Rusiya bu məsələləri
Bakı ilə müzakirə edəcək”, - deyə sayta qeyd edib.
Rusiya KİV-nin yazdığına görə, Kremlin Qarabağ planı belədir:
işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i
qaytarılır, iki rayonun qaytarılması prosesi sonraya saxıanılır,
Laçın dəhlizi müvəqqəti olaraq qalır, Dağlıq Qarabağın statusu
üzərində danışıqlar aparılır, bölgədə beynəlxalq sülhməramlılar
yerləşdirilir.
Asif
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO