Nida.az
ABŞ-dan Qarabağa sadiqlik mesajı
ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May
Respublika günü münasibəti ilə təbrik edib.
Bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və
transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək
qiymətləndirir.
"Azərbaycan Avropa bazarına enerji resurslarının
tədarükçüsü kimi mühüm rol oynayır"
"ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
yardım etməkdə sadiqdir. ABŞ və Azərbaycan həm Avropa daxilində həm
də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə
birgə çalışıblar. Azərbaycan Avropa bazarına enerji resurslarının
tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda
enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində
səylərini tam dəstəkləyir", - deyə Con Kerrinin təbrikində
bildirilir.
Con Kerri Azərbaycan və Ermənistanın rəhbərlikləri ilə Dağlıq
Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində
maraqlıdır. Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Con
Kirbi keçirilən brifinqdə bildirib. ABŞ dövlət departamenti
nümayəndəsinin sözlərinə görə, Con Kerri Dağlıq Qarabağda
gərginliyi azaltmaq üçün daha yaxşı yolları müzakirə etmək
istəyir.
"ABŞ üçün tərəflərin dialoq qurması, atəşin dayandırılması
haqqında sazişə riayət etməsi və hərtərəfli razılaşma üzərində
işlərin aparmasını görmək vacibdir", - deyə Con Kirbi
bildirib.
Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak ediblər. (anspress)
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü