Nida.az
İrəvan və Moskva müzakirə etdi: Azərbaycanın üzərindən uçan nüvə bombası
Rusiya və Ermənistan "Metsamor" Atom Elektrik
Stansiyasına yanacağın çatdırılması məsələsini müzakirə edib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki,
müzakirələr Moskvada keçirilən "Atomekspo-2016" forumu çərçivəsində
keçirilib.
Ermənistanın "TVEL" şirkəti ilə "Rosatom" şirkəti arasında aparılan
müzakirələrdə əsas məsələ uranın çatdırılması olub. "TVEL"-in
rəhbəri Movses Vardanyan bildirib ki, "Metsamor" AES artıq 40 ildir
Rusiya yanacağı ilə işləyir.
Bu fakt İrəvanın hər an qəza baş verə biləcək "Metsamor" AES-i
bağlamaq niyyətində olmadığını sübut edir. Halbuki, 9 bal gücündəki
seysmoaktiv zəlzələ zonasında yerləşən, həmçinin, dünyanın imtina
etdiyi köhnə texnologiyalar əsasında inşa olunan "Metsamor"da baş
verə biləcək qəza nəinki Cənub Qafqaza, o cümlədən bütün yaxın və
Orta Şərqə fəlakət gətirə bilər. Avropa Birliyi AES-in bağlanması
ilə bağlı İrəvana dəfələrlə xəbərdarlıq edib.
(http://publika.az/p/137681).
Bununla yanaşı, Rusiyadan uranın "Metsamor"a daşınması üçün seçilən
marşrut da region üçün ciddi təhdid siqnalıdır. Belə ki, bu marşrut
hava yolu ilə həyata keçirilir. Çünki Rusiya-Gürcüstan
müharibəsindən sonra rəsmi Tiflisin sərhədlərini Rusiyanın üzünə
bağlayıb. Ermənistanın Rusiya ilə heç bir quru əlaqəsinin qalmaması
nəticəsində, hazırda AES-in fəaliyyəti üçün lazım olan uran hava
yolu ilə daşınır. Bu da uçan nüvə bombası deməkdir. Uran daşıyan
təyyarələrin Cənubi Qafqazın hava yolundan istifadəsini nəzərə
alsaq, həmin təyyarələrin havada partlaması nəticəsində, bütün
regionda ikinci Xirosima da yaşana bilər.
Asif
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...