Qalmaqallı qanun layihəsi qəbul edildi
Bizi izləyin

Nida.az

Qalmaqallı qanun layihəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda 20-dən artıq millət vəkilinin çıxış etdiyini və onların təkliflərinin üçüncü oxunuşda nəzərə alındığını diqqətə çatdırıb.

Bildirilib ki, qanun layihəsi ilə yanaşı, magistr və doktorantlara möhlət hüququnun verilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyinin nəzərdə tutulması müsbət addımdır. Qanun layihəsində Azərbaycançılıq anlayışının saxlanılması müvafiq hesab edilib.

Qeyd olunub ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Daha sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm