Azərbaycanlılardan erməni nasisti ilə bağlı Putinə MÜRACİƏT
Bizi izləyin

Nida.az

Azərbaycanlılardan erməni nasisti ilə bağlı Putinə MÜRACİƏT

Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu İrəvanın mərkəzində Njde Qareginə abidə qoyulmasına etiraz olaraq Rusiya prezidenti Vladimir Putinə, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Dövlət Dumasının deputatı Gennadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri" Ümumrusiya ictimai təşkilatına məktub göndərib.

Publika.az xəbər verir ki, məktubda abidənin açılış mərasimində Ermənistan rəhbərliyinin iştirakı, Ermənistan hökumətinin faşizm ideologiyasını açıq-aşkar təbliğ etməsi qınanılıb.

Həmçinin, BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılıb və bildirilib ki, 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta ölümündən sonra da bəraət ala bilməyib.

Müraciətdə dünya birliyinin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu Rusiya rəhbərliyinin diqqətinə çatdırılıb.

"Biz Rusiya rəhbərliyindən, təşkilat və birliklərdən xahiş edirik ki, mövcud faktı qınasınlar və faşizmin davamçılarının bu hərəkətinə son qoymaq üçün tədbirlər görsünlər" - deyə məktubda qeyd olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm